Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) işgüzar səfərdədir.
Kazımov "X" hesabında yazıb ki, BƏƏ-nin Mərkəzi Bankının sədri Xaled Məhəmməd Balama ilə görüşüb.
“Görüş zamanı Azərbaycanla BƏƏ arasında mövcud iqtisadi əlaqələr, hər iki ölkənin maliyyə sektorunun inkişafı, mərkəzi banklar arasında əməkdaşlıq məsələləri müzakirə olunub”, - Kazımov qeyd edib. **
R.Əhmədov