2023-cü ildə Azərbaycan xarici dövlət borcuna xidmətə $838,8 milyon yönəldib, bu da 2022-ci ilə nisbətən 1,9% azdır.
“İnterfaks-Azərbaycan” Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, 1 yanvar 2024-cü il tarixi vəziyyətinə xarici dövlət borcu $6 milyard 461,2 milyon (10 milyon 984 milyon manat) və ya ÜDM-in 8,9%-ni təşkil edir. 2023-cü ildə Azərbaycanın xarici borcu 3% azalıb.
2023-cü il ərzində Maliyyə Nazirliyi tərəfindən xarici dövlət borcu üzrə $534,4 milyon məbləğində (2022-ci ildə xərclərlə müqayisədə azalma 13,5% -İF) əsas, $304,4 milyon məbləğində (artım 28,7%) faiz ödənişi həyata keçirilib.
Xarici borc strukturunda 35,4%-i avrobondlar üzrə, 29,9%-i Asiya İnkişaf Bankı üzrə, 14,9%-i Dünya Bankı üzrə, 19,8%-i isə digər kreditorlardan cəlb edilmiş öhdəliklərin payına düşür. **
R.Əhmədov