Ukraynanın məğlubiyyəti Rusiya ilə NATO arasında hərbi toqquşma ilə nəticələnəcək. Bu barədə ABŞ-ın müdafiə naziri Llloyd Ostin cümə axşamı Konqresdə bəyan edib.
«Açığı desək, əgər Ukrayna məğlub olarsa, əminəm ki, NATO Rusiya ilə döyüşəcək», - Ostin ABŞ Konqresinin Nümayəndələr Palatasının Silahlı Qüvvələr Komitəsində keçirilən dinləmələrdə bildirib.
Bununla yanaşı, o qeyd edib ki, «əgər Ukrayna məğlub olarsa, Rusiya orada dayanmayacaq». **