Bakı şəhərində Azərbaycan Respublikası və Braziliya Federativ Respublikasının Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələrin növbəti, 4-cü raundu keçirilib, siyasi, iqtisadi, enerji, nəqliyyat və digər sahələrdə ikitərəfli əməkdaşlığın perspektivləri müzakirə olunub. Bu barədə Azərbaycan XİN-dən məlumat verilir.
“Görüş zamanı iki ölkə arasında siyasi, iqtisadi, energetika, nəqliyyat, turizm və humanitar sahələrdə əlaqələrin cari vəziyyəti və inkişaf perspektivləri, xüsusilə təhsil, mədəniyyət, kənd təsərrüfatı, gömrük işinin təşkili, sərmayələrin təşviqi kimi məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb, bu sahələrdə müqavilə-hüquq bazasının yaradılmasına qarşılıqlı dəstək ifadə olunub”, - XİN-in məlumatında deyilir.
Qeyd olunur ki, qarşı tərəf regionda vəziyyət və Qarabağ və Şərqi Zəngəzurda yenidənqurma işləri barədə məlumatlandırılıb. **
R.Kərimov