Rusiyanın “İrAero” aviaşirkəti aprel ayında Omskdan Bakıya birbaşa reysə başlayacaq. Bu barədə cümə günü “Omsk aeroportu” Teleqram kanalında məlumat verir.
"IrAero” aviaşirkət Omsk-Bakı birbaşa reysinə bilet satışına başlayıb. Azərbaycanın paytaxtına ilk uçuş aprelin 2-də baş tutacaq", - məlumatda bildirilir.
Uçuş proqramı oktyabrın 22-dək bəyan edilib. Reyslər həftədə bir dəfə “SSJ 100” təyyarəsi ilə həyata keçiriləcək.
Bakıdan uçuş bazar ertəsi yerli vaxtla 21:20-də həyata keçiriləcək, Omsk şəhərinə eniş çərşənbə axşamı saat 02:50-də olacaq. Omskdan təyyarə çərşənbə axşamı saat 04:00-da qalxacaq, saat 05:30-da Heydər Əliyev Hava Limanına eniş edəcək.
Uçuş vaxtı 3,5 saat təşkil edəcək.
Həmçinin, qeyd olunur ki, son dəfə Omsk-Bakı reysi 2014-cü ildə həyata keçirilib. **
N.Abbasova