Avropa İttifaqı (Aİ) Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Kadri Simsonun Azərbaycana səfəri zamanı bərpaolunan enerji mənbələri sahəsində əməkdaşlıq haqqında iki sənədin imzalanmasının anonsunu verib.
Martın 1-də Simson Bakıda Cənub Qaz Dəhlizi (CQD) Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclasında çıxış edəcək.
“İnterafks-Azərbaycan”a Avropa Komissiyasından xəbər verilib ki, Simsonun Azərbaycana səfəri zamanı Azərbaycan Energetika Nazirliyi və «Elecnor» şirkəti bərpaolunan enerji mənbələri sahəsində əməkdaşlığa dair Memorandum (söhbət Azərbaycanda bərpa olunan enerji mənbələri üzrə Dövlət Agentliyindən gedir), Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi və “Wind Europe” arasında külək enerjisi sahəsində əməkdaşlıq haqqında Memorandum imzalayacaq.
AK-dən əlavə olunub ki, Avropa komissarı Simson sənədlərin imzalanması mərasimində iştirak edəcək.**
R.Kərimov