2025-ci ilin birinci rübündə “Azəri-Çıraq-Günəşli” yataqlar blokunun dərin laylarından təbii qaz hasilatı (deep-gas) başlanacaq. Bu barədə Azərbaycan prezidenti İlham Əliyev bəyan edib.
“2025-ci ilin növbəti ilin birinci rübündə dərinsulu “Azəri-Çıraq-Günəşli” layihəsində təbii qaz hasilatı başlayacaq. Bu, çox perspektivli bir layihədir”, - Əliyev cümə günü Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu iclası və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclasında bildirib. Dövlət başçısı qeyd edib ki, uzun müddət neft ixracımızın əsas mənbəyi olan AÇG bloku,“Şahdəniz” və “Abşeron”dan başqa, Azərbaycanın qaz təchizatının əlavə mənbəyi olacaq.
Əliyev əlavə edib ki, birinci mərhələdə AÇG blokundan dərin qazın hasilatı ildə təxminən 0,5 milyard kubmetr təşkil edəcək.
«Lakin, bir neçə il ərzində bu göstərici 3-4 dəfə artacaq», - Əliyev bildirib.
Xəbər verildiyi kimi, hazırda AÇG-də “deep-gas” ehtiyatları 300 milyard kubmetr həcmndə proqnozlaşdırılır.
“BP-Azerbaijan” şirkəti “Azəri-Çıraq-Günəşli” yataqlar blokunda (AÇG) dərin laylardan qaz hasilatının (“deep-gas”) həyata keçirilməsi üçün ilk quyunun qazılmasına 2024-cü ilin II yarısında başlamağı planlaşdırır
“Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinsulu hissəsinin işlənməsi haqqında müqavilə 1994-cü il sentyabrın 20-də imzalanıb və elə həmin ilin dekabrın 12-də qüvvəyə minib.
Müqavilənin müddəti 2024-cü ildə başa çatmalı olsa da, 2017-ci il sentyabrın 14-də Bakıda AÇG blokunun işlənməsi haqqında 2050-ci ilədək olan dövrü əhatə edən yeni müqavilə imzalanıb.
Yeni müqavilə üzrə BP (Britaniya - layihənin operatoru) 30,37%, SOCAR 25%, MOL (Macarıstan) 9,57%, “ExxonMobil” (Amerika) 6,79%, ONGC (Hindistan) 2,31%, “Inpex Corp.” (Yaponiya) 9,31%, “ITOCHU Oil” (Yaponiya) 3,65%, “Equinor” (Norveç) 7,27%, TPAO (Türkiyə) 5,73% pay sahibidir. 2023-cü ilin dekabr ayında SOCAR tərəfindən “Azəri-Çıraq-Günəşli” layihəsi üzrə “Equinor” şirkətinə məxsus iştirak payının alınmasına dair saziş imzalanıb. İştirak payının alınmasına dair əqd bütün tənzimləyici tələblərin və müqavilə öhdəliklərinin şərtlərinə əməl edilməklə başa çatdırılacaq.**
N.Abbasova