2023-cü ilin üçüncü rübündə Azərbaycan Avropa İttifaqı (Aİ) ölkələrinə 2,8 milyard kubmetr qaz ixrac edib, hesabat dövrü ərzində tədarük 2022-ci ilin eyni dövrü və əvvəlki rübün səviyyəsində qalıb.
Bu məlumatları «İnterfaks-Azərbaycan» agentliyi Avropa Komissiyasının 2023-cü ilin üçüncü rübündə Avropa qaz bazarındakı vəziyyətlə bağlı agentliyin sərəncamında olan materiallarına əsaslanaraq verib.
Hesabatda qeyd olunur ki, 2023-ci ilin III rübünün yekunları üzrə AI-yə boru kəmərləri ilə ümumi qaz idxalında Azərbaycanın payı 6,5% təşkil edib.
Daha əvvəl AK-dan məlumat verilib ki, 2023-cü ilin birinci rübündə Azərbaycan Aİ ölkələrinə 2,8 milyard kubmetr qaz, ikinci rübdə - 2,8 milyard kubmetr qaz tədarük edib, Aİ-yə qaz ixracı həcminə görə beşinci yerdədir. Beləliklə, “İnterfaks-Azərbaycan”ın hesablamalarına əsasən, AK-yə görə, ötən ilin 9 ayı ərzində Bakı Aİ-yə 8,4 milyard kubmetr qaz ixrac edib.
Hesabatda qeyd olunur ki, 2023-cü ilin üçüncü rübündə Aİ boru kəmərləri ilə 41 milyard kubmetr qaz idxal edib, bu da ötən ilin ikinci rübün göstəricisindən 6% və 2022-ci ilin eyni dövrü ilə müqayisədə 19% azdır.
Ötən il iyul-sentyabr aylarında Avropaya boru kəmərləri ilə iri idxalçılarının beşliyinə daxil olub: Norveç - 19 milyard kubmetr (payı – 47%), Çimali Afrika – 8,6 milyard kubmetr (21%), Rusiya (7 milyard kubmetr, 17%), Böyük Britaniya (3,3 milyard avro, 8%) və 2023-cü ilin birinci yarısının yekunları üzrə ixracatçıların ilk beşiyində yerini qoruyan Azərbaycan (2,8 milyard klubmetr, 6,5%)
Avropa İttifaqı (Aİ) ölkələri – İtaliya, Yunanıstan və Bolqarıstan 2023-cü ildə Azərbaycandan rekord həcmdə - 492,9 min teracoula yaxın təbii qaz idxal edib. Aİ-nin Statistika İdarəsinin (Avrostat) məlumatında deyilir. Statistik məlumatlara görə, 2022-ci illə müqayisədə tədarükün həcmi 2,5% artıb.
Hesabat dövründə Azərbaycandan Aİ ölkələrinə idxal edilmiş qazın dəyəri təxminən 6,2 milyard avro (azalma 2,5 dəfə) təşkil edir.
Ötən ilin yekunlarına görə Azərbaycan Aİ-yə ən böyük 5 boru kəməri ixracatçısı sırasına daxil olub, Əlcəzair (14,3 milyard avro dəyərində 1,1 milyon teracoul, Norveç (17,5 milyard avro dəyərində 958 min teracoul), Böyük Britaniya (11,3 milyard avro dəyərində 767,2 min teracoul) və Rusiyadan (7,8 milyard avro dəyərində 591,6 min teracoul) sonra ən böyük beşinci tədarükçü olub. **
R.Kərimov