Cümə günü Azərbaycan Baş Prokuroluğu Xocalı şəhırində (Qarabağ regionu) kütləvi məzarlıqda daha 5 nəfərin qalıqlarıın aşkar edilməsi barədə məlumat verib.
«Bu gün daha 5 nəfərə aid insan qalıqları aşkar edilib, bununla da, kütləvi məzarlıqda basdırılan insan qalıqlarının ən azı 10 nəfər şəxsə (onlardan 2 nəfərin yetkinlik yaşına çatmayan olması ehtimal edilir) məxsus olması müəyyən edilib”, - “İnterfaks-Azərbaycan” Baş Prokurorluğa istinadən xəbər verir.
Vurğulanır ki, istintaq tərəfindən onların qeyri-insani rəftara və fiziki zorakılığa məruz qalması müəyyən olunub. Hadisə yerinin müayinəsi davam etdirilir.
Xəbər verildiyi kimi, Xocalı şəhərinin mərkəzində torpaq işləri zamanı kütləvi məzarlığın aşkar olunması faktı ilə bağlı Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsində araşdırma davam edir. **
R.Kərimov