Ermənistan və Azərbaycan qalan texniki məsələlərin həlli halında tezliklə sülh müqaviləsi imzalaya bilər. Bu barədə Ermənistan parlamentinin vitse-spikeri Ruben Rubinyan bəyan edib.
«Əgər Ermənistan və Azərbaycan başçıları tərəfindən artıq qeyd olunmuş, razılaşdırılmış prinsipləri sülh müqaviləsinə daxil edə bilsək, çox tezliklə sülhə nail ola bilərik», - Rubinyan Antalya Diplomatik Forumu çərçivəsində Cənubi Qafqazda sülhün qurulması mövzusunda panel müzakirəsində deyib.
"Texniki işləri yerinə yetirmək qalır. Ümid edirik ki, lazımi nəticələrə nail ola bilərik", - o bildirib.
O, həmçinin bəyan edib ki, Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları yoxdur ki, bu da Ermənistanın baş naziri Nikol Paşinyan və Azərbaycan prezidenti İlham Əliyevin imzaladığı birgə sənədlərdə əks olunub.
"Ancaq yuxarıda deyilənlərin hamısını təsdiqləməyin ən yaxşı yolu, ölkələrin bir-birinə qarşı iddiaların olmadığına əmin olmaq - bu prinsiplərin təsbir olunduğu sülh müqaviləsinin imzalanmasıdır. Sülh müqaviləsi layihəsində iki vacib müddəa da var - Ermənistan və Azərbaycan bir-birinin ərazi bütövlüyünü tanıyır və gələcəkdə bir-birinin ərazisinə iddia etmirlər və ikincisi, ölkələr sülh müqaviləsinin müddəalarını yerinə yetirməkdən imtina etmək üçün öz daxili qanunvericiliyinə müraciət etməməlidirlər", - Rubinyan deyib. **