2024-cü il fevralın 29-na Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları $11 milyard 650,3 milyon təşkil edir. Bu barədə AMB-nin saytında dərc olunmuş məlumatda deyilir.
2023-cü ilin sonuna AMB-nin valyuta ehtiyatları $11 milyard 613 milyon təşkil edib. “İnterfaks-Azərbaycan” agentliyinin hesablamalarına görə, bununla da 2024-cü ilin yanvar-fevral aylarında Mərkəzi Bankın valyuta ehtiyatları 0,3% və ya $37,3 milyon artıb.
Həmçinin, fevralda AMB-nin valyuta ehtiyatları 0,1% və ya $13,3 milyon artıb.
2023-cü ildə Mərkəzi Bankın valyuta ehtiyatları 29,1% artıb.**
X.Nəsirzadə