Cümə günü Azərbaycan prezidenti İlham Əliyev Bakıda Avropa İttifaqının energetika məsələləri üzrə komissarı Kadri Simsonu qəbul edib, enerji əməkdaşlığının inkişafı planları müzakirə edilib. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
Simson Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclaslarında iştirak edir.
Avropa komissarı Avropanın enerji təchizatında Azərbaycanın rolunun əhəmiyyətini vurğulayıb.
Məlumatda qeyd olunur ki, söhbət zamanı gələcəkdə enerji növləri ilə yanaşı, bərpaolunan enerji layihələrinin də həyata keçirilməsinin perspektivləri və “Azərbaycanda icra olunan layihələrdə Avropa şirkətlərinin investor qismində daha fəal rol oynaması ilə bağlı imkanlar” müzakirə olunub.
Bundan başqa, tərəflər enerji əməkdaşlığının inkişaf etdirilməsi istiqamətində gələcək addımlar və fəaliyyət planı, “Bakının qlobal metan azaldılması təşəbbüsünə qoşulması çox yüksək qiymətləndirilib”. **
R.Kərimov