2024-cü il fevralın 29-na Azərbaycanda pul bazasının həcmi 20 milyard 131,8 milyon manat təşkil edir. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Azərbaycan Mərkəzi Bankından (AMB) məlumat verilib.
2023-cü ilin sonuna pul bazasının həcmi 20 milyard 875,2 milyon manat təşkil edib. “İnterfaks-Azərbaycan” agentliyinin hesablamalarına görə, 2024-cü ilin yanvar-fevral aylarında pul bazası 3,6% və ya 743,4 milyon manat azalıb.
Fevralda Azərbaycanda pul bazası 139,3 milyon manat və ya 0,7% azalıb.
2023-cü ildə Azərbaycanda pul bazası 19,6% artıb.**
X.Nəsirzadə