Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondu (İKZF) bazar ertəsi 50 milyon manat həcmində istiqraz yerləşdirib.
Bakı Fond Birjasından “İnterfaks-Azərbaycan” agentliyinə bildirilib ki, hərrac zamanı 1 investor tərəfindən 1 sifariş təqdim edilib.
Hərraca çıxarılmış istiqrazların bütün həcmi (50 milyon manat) yerləşdirilib.
İstiqrazların tədavül müddəti 7 200 gün, ödəmə tarixi 17 noyabr 2043-cü ildir, illik faiz dərəcəsi 3,25%, faiz ödəniş dövrü isə 180 gündən bir təşkil edir.
Yerləşdirmə üzrə anderrayter “Unicapital İnvestisiya Şirkəti” ASC-dir.
Xəbər verildiyi kimi, 2021-2023-cü illərdə İKZF kommersiya (standart) şərtləri ilə ipoteka kreditlərinin maliyyələşdirilməsi məqsədilə daxili bazarda istiqrazların yerləşdirilməsi yolu ilə 1 milyard 180 milyon manat cəlb edib.
Prezident İlham Əliyev 2017-ci il dekabrın 26-da “Azərbaycan İpoteka Fondu” ASC-nin ləğv edilməsi və İpoteka və Kredit Zəmanət Fondunun yaradılması haqqında fərman imzalayıb. **
X.Nəsirzadə