2023-cü ildə Avropa İttifaqı (Aİ) ölkələri Azərbaycandan təxminən 12 milyard kubmetr qaz idxal ediblər. Bu barədəAvropa İttifaqının energetika məsələləri üzrə komissarı Kadri Simson məlumat verib.
“2023-cü ildə Aİ Azərbaycandan stabbil və etibarlı 12 milyard kubmetr qaz alıb”, - Simson cümə günü Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclaslarında çıxışında bildirib.
Onun sözlərinə görə, 2023-cü ildə Cənub Qaz Dəhlizi ilə Avropaya qaz tədarükü 2021-ci ilin göstəricisini 46% keçib və daha artıq Avropa ölkəsi Azərbaycandan qaz idxal etməkdə maraqlıdır. “Dediyim kimi, siz (Azərbaycan) ümumi Avropa tədarükçüsünə (qazın - İF) çevrilirsiniz”, - Simson qeyd edib.
O əlavə edib ki, Brüssel "Azərbaycanı hər zaman etibarlı tərəfdaş görüb və Bakı ilə əməkdaşlığın genişləndirilməsi üçün böyük potensial var".
Simson vurğulayıb ki, Aİ Azərbaycanı sınaqdan keçmiş və etibarlı enerji tərəfdaşı hesab edir, «Aİ-nin Azərbaycan qarşısında öhdəlikləri uzunmüddətli xarakter daşıyır». **
R.Kərimov