Ermənistan və Türkiyənin xarici işlər nazirləri Ararat Mirzoyan və Hakan Fidan cümə günü Antalyada keçirilən görüşdə ikitərəfli münasibətləri tam həll etməyə hazır olduqlarını təsdiqləyiblər. Bu barədə Ermənistan XİN məlumat verir.
«Görüşdə Ermənistan ilə Türkiyə arasında münasibətlərin tənzimlənməsi prosesi müzakirə olunub və münasibətlərin tam nizamlanmasına nail olmağa hazır olduğu təsdiqlənib», - Ermənistan XİN-in mətbuat xidmətindən bildirilib.
Qeyd olunur ki, Mirzoyan və Fidan bu istiqamətdə konkret hərəkətləri müzakirə ediblər.
Görüş Antalya Diplomatik Forumu çərçivəsində keçirilib, iki ölkənin münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndələri iştirak ediblər. **