israil Qəzza zolaöına humanitar yardım və dinc əhaliyə son dərəcə zəruri olan bir sıra malların çatdırılmasını məhdudlaşdırır. Bu barədə CNN telekanalı mənbələrə və humanitar əməliyyatların əsas iştirakçılarının sənədlərinə istinadən xəbər verir.
Telekanal qeyd edir ki, israillilərin Qəzzaya ən çox buraxmadıqları mallar və əşyalar qismində anestetikalar, narkoz aparatları, oksigen ballonları, ağciyərin süni havalandırma aparatları və su filtrasiya sistemləri yer alır. **