Azərbaycanın energetika naziri Pərviz Şahbazov Əlcəzair Xalq Demokratik Respublikasınasəfər edib.
Nazir martın 2-də paytaxt Əlcəzair şəhərində keçiriləcək Qaz İxrac EdənÖlkələr Forumunun (GECF) Dövlət və Hökumət Başçılarının 7-ci Sammitində iştirakedəcək.
Sammitdə qaz sahəsində aparılan siyasət, son inkişaf və tendensiyalara dair müzakirələrin aparılması nəzərdə tutulur.
Səfər çərçivəsində ikitərəfli görüşlərin keçirilməsi planlaşdırılır.
Azərbaycan GECF-də müşahidəçi üzv qismində təmsil olunur. **