Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Antalya Diplomatiya Forumu çərçivəsində ATƏT-in baş katibi Helqa-Mariya Şmid ilə görüşüb. Bu barədə Bayramovun rəsmi “X” hesabında paylaşım edilib.
Bayramov Ermənistan-Azərbaycan sülh prosesi ilə bağlı çağırışla çıxış edib.
“Ermənistan Azərbaycan-Ermənistan sülh və normallaşma prosesinə daha çox xələl gətirməmək üçün qızışdırıcı ifadələr və bəyanatlar verməkdən çəkinməlidir”, - o qeyd edib.
Nazir əlavə edib ki, görüşdə regional və beynəlxalq hadisələr müzakirə olunub. **
V.Əliyev