Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Türkiyədə Müqəddəs Taxt-Tacın xarici dövlətlərlə əlaqələr üzrə katibi arxiyepiskop Paul Riçard Gallager ilə görüşüb. Bu barədə Azərbaycan XİN-in “X” hesabında deyilir.
Görüş Antalya Diplomatiya Forumu çərçivəsində baş tutub.
Tərəflər ikitərəfli əməkdaşlıq gündəliyindəki geniş spektrli məsələləri, həmçinin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesini müzakirə ediblər. **
V.Əliyev