Slovakiya öz hərbçilərini Ukraynaya göndərməyi planlaşdırmır. Bu barədə Slovakiyanın XİN başçısı Yuray Blanar bəyan edib.
"Xeyr. Bizim mövqeyimiz, baş nazirimizin mövqeyi aydındır: biz Ukraynaya hərbçi göndərməyəcəyik, bu eskalasiyaya səbəb olardı, biz isə bunu istəməzdik", - Blanar Antalyada Rusiyanın xarici işlər naziri Sergey Lavrovla danışıqların yekununda jurnalistlərə bildirib.
O qeyd edib ki, Slovakiya Ukraynaya nə hərbçi, nə də silah göndərməyi planlaşdırmır.
"Tunelin sonunda işıq görünmür. Buna görə də Slovakiyanın yeni hökuməti silahlı qüvvələrin anbarlarından Ukraynaya silah təhvil verməyəcəyini qərara alıb. Biz bu münaqişənin hərb yolu ilə həllini görmədiyimiz üçün Ukraynaya 40 milyon avro dəyərində yardım paketini də dayandırdıq", - Slovakiyanın xarici işlər naziri əlavə edib.
Slovakiya Ukraynaya humanitar dəstək göstərir, həmçinin minatəmizləmə sistemləri göndərir. **