Rusiya Federasiyasının prezidenti Vladimir Putinin Belarus Respublikasının prezidenti Aleksandr Lukaşenko ilə telefon danışığı olub. Bu barədə Kremlin mətbuat xidmətindən məlumat verilir.
«Rusiya prezidenti Aleksandr Lukaşenkonu fevralın 25-də Belarusiyada parlament və yerli seçkilərin uğurlu keçirilməsi münasibətilə bir daha təbrik edib», - məlumatda deyilir.
«Müttəfiqlik və strateji tərəfdaşlıq prinsiplərinə əsaslanan dost Rusiya-Belarus münasibətlərinin daha da inkişaf etdirilməsinin aktual məsələləri, habelə beynəlxalq vəziyyətin əsas aspektləri ətraflı müzakirə olunub», - Kremlin mətbuat xidməti bildirib. **