Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov III Antalya Diplomatiya Forumu çərçivəsində İraq Respublikasının xarici işlər naziri Fuad Hüseyn ilə görüşüb. Bu barədə Azərbaycan XİN-in “X” hesabında paylaşım edilib.
Görüş zamanı dostluq və qarşılıqlı hörməyə əsaslanan münasibətlərin uğurlu inkişafı qeyd edilib, müxtəlif sahələrdə əməkdaşlığın yüksək səviyyəsindən məmnunluq ifadə olunub. **
V.Əliyev