Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Antalya Diplomatiya Forumu çərçivəsində Moldovanın xarici işlər naziri Mihai Popsoi ilə görüşüb. Bu barədə Azərbaycan XİN-in “X” hesabında paylaşım edilib.
“Nazir Ceyhun Bayramov Antalya Diplomatiya Forumu çərçivəsində Moldovanın baş nazirinin müavini və xarici işlər naziri Mihai Popsoi ilə görüşüb. Görüş ikitərəfli tərəfdaşlıq, o cümlədən regional və beynəlxalq gündəmdə qarşılıqlı maraq doğuran məsələlərə həsr olunub”, - paylaşımda qeyd edilir. **
V.Əliyev