İran regional enerji mərkəzinə çevrilməyə hazırdır. Bu barədə İran prezidenti İbrahim Rəisi şənbə günü Əlcəzairdə Qazİxrac edənÖlkələrin Forumunda bildirib.
«Biz enerji mərkəzi nə çevrilməyə və istehsalçılardan istehlakçı bazarlarına qədər qazın paylanması və tranzitinin təhlükəsizliyini təmin etməyə hazırıq», - «Tasnim» agentliyi onun sözlərindən sitat gətirir.
Rəisi qeyd edib ki, qaz sahəsində İran Forumun iştirakçı ölkələri arasında əməkdaşlığın inkişafı üçün şərait yaradıb və əlavə edib ki, ölkə mövcud üstünlüklər sayəsində təbii qaz hasilatının və ixracının artırılması və region ölkələrinin bu enerji mənbəyinə çıxışının asanlaşdırılması istiqamətində strategiya formalaşdırıb.
«Mən fürsətdən istifadə edərək, beynəlxalq investorı və Foruma üzv ölkələrdən olan investorları İranda enerji sektorunda, o cümlədən qaz sahəsində layihələrdə iştiraka dəvət edirəm», - İran prezidenti bildirib. **