2024-cü ildə Azərbaycanda 49 milyard kubmetrə yaxın səviyyədə qaz hasilatı planlaşdırılır, ixrac 24 milyard kubmetri keçəcək. Bu barədə energetika naziri Pərviz Şahbazov bəyan edib.
“Bu il ölkəmizdə qaz hasilatı 49 milyard kubmetrə yaxın təşkil edəcək, ixrac 24 milyard kubmetri keçəcək”, - “İnterfaks-Azərbaycan” Şahbazovun şənbə günü Əlcəzairdə Qaz İxrac Edən Ölkələr Forumunun (GECF) 7-ci Sammitində çıxışından sitat gətirir.
Xəbər verildiyi kimi, 2023-cü ildə Azərbaycanda qaz hasilatı 48,5 milyard kubmetrə yaxın (2022-ci ilin göstəricisindən +3,8%), ixracı – 23,8 milyard kubmetr (+6,9%) təşkil edib. 2023-cü ildə Azərbaycandan Avropaya 11,8 milyard kubmetr qaz (+3,5%) ixrac edilib. **
R.Əhmədov