ABŞ-ın vitse-prezidenti Kamala Harris Vaşinqtonda İsrail hərbi kabinetinin üzvü Beni Qants ilə görüşməyi və onunla Qəzza zolağında müvəqqəti atəşkəs, girovların azad edilməsi və Qəzzaya humanitar yardımın artırılması məsələlərini müzakirə etməyi planlaşdırır. Bu barədə «The New York Times» nəşri mənbəyə istinadən xəbər verir.
«Ağ Evdə keçirilməli olan görüş prezident Co Baydenin administrasiyasına təzyiqlər fonunda keçiriləcək. Ondan İsrail və əMAS arasında müharibədə müvəqqəti atəşkəs və girovlarla razılaşmanın təmin edilməsinə yardım etmək, habelə Qəzzadakı humanitar fəlakətin artmasına daha qətiyyətli reaksiya vermək tələb olunur», - məlumatda deyilir.
Nəşr qeyd edir ki, Qants həmçinin ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan, Konqres üzvləri və İsrail yönümlü lobbi ilə görüşməyi planlaşdırır.
CNN telekanalı administrasiyanın yüksək rütbəli məmuruna istinadən xəbər verir ki, İsrail Qəzzada altı həftəlik atəşkəs təklifini «əsasən qəbul edib».
Bu altı həftə ərzində barışığın ikinci mərhələsi hazırlanmalıdır ki, bu da «daha davamlı nəyinsə yaradılmasını» nəzərdə tutmalıdır.
Onun sözlərinə görə, HƏMAS hələ ilk mərhələdə sərbəst buraxılmalı olan «həssas girovların müəyyən kateqoriyasına» razılıq verməyib.
Mənbə əlavə edib ki, son bir neçə həftə ərzində ABŞ İsraildə «bir sıra görüşlər» keçirib və Parisdə görüşüb.
CNN mənbələrə istinadən qeyd edir ki, Qahirədə əlavə danışıqlar planlaşdırılıb, lakin onların dəqiq tarixi hələlik məlum deyil.
Danışqılarda ABŞ, İsrail, Misir və HƏMAS nümayəndələrinin iştirakı gözlənilir. Bununla yanaşı, İsrail və HəMAS arasında məsələlərin müzakirəsi birbaşa olmayacaq. **