HƏMAS hərəkatından nümayəndə heyəti Qəzza zolağında müvəqqəti atəşkəs razılaşması və girovların azad edilməsi barədə danışıqlar üçün Qahirəyə gəlib. Bu barədə bazar günü Yaxın Şərq mediası xəbər verir.
«Əl-Cəzirə» telekanalının məlumatına görə, HƏMAS nümayəndəsi bildirib ki, Fələstin qruplaşamasının irəli sürdüyü tələblərlə İsrail razılaşsa, tərəflər arasında atəşkəs bir-iki gün ərzində əldə oluna bilər. Bununla yanaşı, HƏMAS öz tərəfindən fələstinli mülki şəxslərin Qəzza zolağının şimalına qaytarılmasını və humanitar yardımın artırılmasını xahiş edir.
İsrail mediasının məlumatına görə, bazar günü Qahirədə İsrail nümayəndə heyətini də gözləyirlər, baxmayaraq ki, daha öncə Israildə bəyan ediblər ki, hazlrda HƏMAS-ın girovluğunda olan şəxslərin siyasını əldə olunmaya qədər danışıqlara getməyəcəklər. **