Türkiyənin xarici işlər naziri Hakan Fidanın gələn həftə Türkiyə-ABŞ Strateji Mexanizmi çərçivəsində danışıqlar məqsədilə ABŞ-a səfəri gözlənilir.
«Türkiyənin xarici işlər naziri Hakan Fidan məlumat verib ki, gələn həftə ABŞ dövlət katibi Antoni Blinkenin dəvəti ilə Türkiyə-ABŞ Strateji Mexanizmi çərçivəsində iclasın keçirilməsi məqsədilə ABŞ-a səfəri planlaşdırılır», - «Anadolu» agentliyi bazar günü xəbər verir.
Antalya Diplomatik Forumunun bağlanışında çıxış edən Fidan beynəlxalq münasibətlər, xüsusilə Qəzza zolağında Fələstin-İsrail münaqişəsi mövzusunda bir sıra açıqlamalar verib. **