Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) məlumat verir ki, 2020-ci ilin noyabr ayından 346 azərbaycanlı Ermənistanın mina terrorunun qurbanı olub.
“Ermənistanın yerləşdirdiyi minalar ciddi problem olaraq qalır. Bu gün partlayış nəticəsində 29 yaşlı mülki şəxs ağır yaralanıb. 2020-ci ilin noyabr ayından indiyədək 346 azərbaycanlı qurban olub”, - XİN-in məlumatında deyilir.
Nazirlikdən vurğulanır ki, Ermənistan müxtəlif bəhanələrlə dəqiqləşdirilmiş mina xəritələrini verməkdən imtina edir.
Xəbər veriliyi kimi, bazar günü Ağdam rayonunun Əhmədağalı kəndi ərazisində 1995-ci il təvəllüdlü Bəxtiyar Abbasov mina partlayışı nəticəsində xəsarət alıb.
Baş Prokurorluq xəbər verir ki, Ağdamda baş vermiş mina partlayışı faktı üzrə araşdırma aparılır. **
X.Nəsirzadə