NATO ölkələrinin üç mindən çox əsgəri Polşadakı hərbi poliqonda hərbi əməliyyatların aparılmasını məşq edir. Bu barədə Polşanın Milli Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat verir.
«Böyük Britaniya, İspaniya, Polşa, Türkiyə və Albaniyadan olan 3 mindən çox əsgər və təxminən 700 müxtəlif növ texnika Dravsko şəhərində (Polşanın şimal-qərbində yerləşən şəhər - İF) poliqonda “döyüşdə” sınaqdan keçirilib», - nazirliyin məlumatında deyilir.
Baltik ölkələr və Almaniya ilə yanaşı Polşa öz ərazisində bu ilin yanvar-may aylarında keçirilən Steadfast Defender-2024 təlimlərini qəbul edən ölkədir. Manevrlərdə təxminən 90 min hərbçi, 50-ə yaxın gəmi, 80 təyyarə və 1,1 min ədəd yerüstü hərbi texnika, o cümlədən 133 tankdan istifadə olunur. **