2020-ci ildə keçirilən prezident seçkilərində prezident Co Beydene səs verən amerikalıların əksəriyyəti onun yaşının yenidən seçilmək və səmərəli işləmək üçün çox olduğunu hesab edirlər. Bu barədə «The Hill» nəşri “New York Times” və Siena Kollecin sorğusuna istinadən yazır.
Sorğunun nəticələrinə görə, 2020-ci il seçkilərində Baydenə səs verən amerikalıların təxminən 61%-i ABŞ-ın hazırkı prezidentinin bu vəzifədə daha bir müddət səmərəli xidmət etməsi üçün artıq çox yaşlı olması ilə qismən və ya tamamilə razılaşdıqlarını bildiriblər.
Ümumilikdə, sorğuda iştirak edən amerikalıların 73%-i tam və ya qismən razılaşıb ki, yaşı Baydenin prezident postunda səmərəli işləməsinə mane olur. **