İsrail hərbi kabinetinin üzvü Beni Qants, baş nazir Benyamin Netanyahunun bu səfərlə razılaşmamasına baxmayaraq ABŞ hakimiyyəti ilə Qəzza zolağında vəziyyəti müzakirə etmək üçün ABŞ-a gəlib. Bu barədə «The Times of Israel» xəbər verir.
Bazar ertəsi o, vitse-prezident Kamala Harris, prezidentin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan və Milli Təhlükəsizlik Şurasının Yaxın Şərq və Şimali Afrika üzrə koordinatoru Brett Makqerk ilə görüşəcək.
Çərşənbə axşamı Hants ABŞ dövlət katibi Antoni Blinken ilə görüş keçirəcək.
Bundan sonra o, Londona səfər edəcək və orada Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeron və digər rəsmilərlə görüşəcək. **