Qətərin baş naziri Məhəmməd bin Əbdülrəhman Al Tani bazar ertəsi Vaşinqtona gəlib. EFE agentliyi xəbər verir ki, o, martın 11-də müsəlmanların müqəddəs Ramazan ayının başlanmasına qədər Qəzza zolağında atəşkəsin əldə olunması istiqamətində səyləri müzakirə etmək üçün ABŞ dövlət katibi Antoni Blinkenlə görüşəcək.
“Al Tani sabah keçiriləcək Qətər-ABŞ strateji dialoqunun altıncı raundunda Qətər nümayəndə heyətinə başçılıq edir”, - deyə məlumatda bildirilir.
Al Tani və Blinken xüsusilə İsraillə HƏMAS arasında yeni atəşkəs sazişinin hazırlanması üçün Qətər və ABŞ-ın vasitəçilik səylərini müzakirə edəcəklər.
EFE agentliyi xatırladır ki, bazar ertəsi Qahirədə HƏMAS, Qətər, Misir və ABŞ nümayəndə heyətləri arasında Qəzza zolağında atəşkəs və girov mübadiləsi ilə bağlı danışıqlar davam etdiriləcək.*