Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 Saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti Zəngilan rayonu, Ağalı kəndində yerləşən hoteldə təmir və tamamlama işlərinin həyata keçirilməsinə “Crystal Inshaat” ASC-ni cəlb edib.
“İnterfaks-Azərbaycan” agentliyi dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, şirkətlə 14 milyon 192,628 min manat məbləğində müqavilə bağlanıb.
İşlərin icra müddəti 29 iyul 2024-cü ilə qədərdir.*
X.Nəsirzadə