Şərqi Zəngəzur İqtisadi Rayonunda 1 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti Zəngilan şəhərində yaşayış məhəlləsinin tikintisinə 11,5 milyon manat yönəldəcək.
“İnterfaks-Azərbaycan” agentliyi dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, “Protean Construction” ASC ilə müvafiq müqavilə bağlanıb.
Dəyəri 11 milyon 500 min 577,64 manat olan müqavilə Zəngilan şəhərində 12 çoxmənzilli yaşayış binasının tikintisini nəzərdə tutur.
Müqavilə çərçivəsində işlər 1 oktyabr 2024-cü il tarixinədək yerinə yetirilməlidir.*
N.Abbasova