Ermənistanda respondetlərin 40%-dən çoxu hesab edir ki, respublika hərbi-siyasi bloklarda üzvlükdən imtina etməli və neytral ölkə olmalıdır. Bu, “Gallup International Association”ın Ermənistandakı nümayəndəliyinin keçirdiyi sorğunun nəticələrində öz əksini tapıb.
“Rəyi soruşulanların 40,3%-i Ermənistanın nə KTMT, nə də NATO-ya üzv olmasını istəmir və ölkənin neytral statusa malik olmasını istəyir. Respondentlərin 28%-i ölkənin KTMT-də üzvlüyünü davam etdirməsinə, 22,5%-i isə NATO-ya üzv olmasına tərəfdar olduğunu bildirib”, - deyə nümayəndəliyin rəhbəri Aram Navasardyan mətbuat konfransında sorğunun nəticələrini açıqlayarkən bildirib.
Onun sözlərinə görə, sorğuda iştirak edənlərin 23,2%-i Ermənistan-Rusiya münasibətlərinin kəsilməsini Ermənistanın strateji maraqlarına tam uyğun olduğunu, 42%-i isə qətiyyən uyğun olmadığını hesab edir.*