Ermənistanda əhalinin 56%-dən çoxu Fransa ilə fəal hərbi əməkdaşlığı dəstəkləyir. “Gallup International Association”ın Ermənistandakı nümayəndəliyinin keçirdiyi sorğunun nəticələri bunu göstərir.
Respondentlərin 56,2%-i Ermənistanın Fransa ilə fəal hərbi əməkdaşlığını tam dəstəkləyir, 25,9%-i buna müsbət, 9,6%-i isə mənfi yanaşır.
Sorğuda iştirak edənlərin 46%-i Ermənistanın Fransadan, 21,9%-i Rusiyadan, 15,9%-i İrandan, 13,7%-i ABŞ-dan, 23,2%-i Hindistandan, 4,9%-i isə Çindən hərbi-siyasi yardm ala biləcəyi qənaətindədir.*