Martın 4-nə qədər Azərbaycan və Türkiyə Rusiyaya 28,5 milyon ədəd yumurta ixrac edib. Bu barədə Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidməti (“Rosselxoznadzor”) məlumat yayıb.
Xüsusilə 26 fevral - 3 mart tarixlərində Rusiyaya Azərbaycandan “Yaraq-Qazmalar” keçid məntəqəsi vasitəsilə 2,7 milyon ədəd, Türkiyədən isə 633,6 min ədəd yumurta daxil olub.*