Fevralın 28-də erməni hərbçilər tərəfindən saxlanılmış azərbaycanlı hərbçi Ruslan Pənahov barəsində cinayət təqibinə xitam verilib. Bu barədə Ermənistan İstintaq Komitəsi məlumat yayıb.
Bildirilib ki, istintaqla R.Pənahovun azaraq erməni mövqeləri yaxınlığında olması ilə bağlı faktiki məlumatlar əldə edilib.
Xatırladaq ki, Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumata görə, fevralın 28-i səhər saatlarında Azərbaycan Ordusunun əsgəri Pənahov Ruslan Eldəniz oğlu Laçın rayonu ərazisindəki xidməti mövqelər arasında hərəkət edərkən əlverişsiz hava şəraitində istiqaməti itirərək azıb.*