Martın 4-də Budapeştdə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Macarıstanın Xarici İşlər və Ticarət Nazirlıyi arasında ilk konsulluq məsləhətləşmələri keçirilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyi Azərbaycan XİN-ə istinadla xəbər verir.
“Konsulluq məsləhətləşmələri zamanı tərəflər konsulluq sahəsində əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivlərini, o cümlədən sahə üzrə yeni ikitərəfli sənədlərin imzalanması və konsulluq xidmətlərinin rəqəmsallaşdırılması imkanlarını nəzərdən keçiriblər”, - deyə məlumatda qeyd olunub.
Tərəflər arasında konsulluq məsləhətləşmələrinin növbəti iclasının 2025-ci ildə Bakı şəhərində keçirilməsinə dair razılıq əldə olunub.*
R.Əhmədov