Azərbaycan Mərkəzi Bankı (AMB) martın 5-nə manatın dollara qarşı rəsmi məzənnəsini 1,7 manat/$1 səviyyəsində saxlayıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə AMB-dən məlumat verilib.
Martın 5-nə manatın avroya nisbətən rəsmi məzənnəsi 1.8446 manat/1EUR səviyyəsində (martın 4-nə 1.8436 manat/1EUR) müəyyən edilib.
AMB martın 5-nə manatın rus rubluna nisbətən rəsmi məzənnəsini 0.0186 manat/1RUB səviyyəsində (martın 4-nə 0.0185 manat/1RUB) müəyyən edib.
AMB martın 5-nə manatın türk lirəsinə nisbətən rəsmi məzənnəsini 0.0538 manat/1TRY səviyyəsində (martın 4-nə 0.0542 manat/1TRY) müəyyən edib.*
X.Nəsirzadə