Azərbaycan Mərkəzi Bankı (AMB) bu gün Dövlət Neft Fondunun (ARDNF) iştirakı ilə keçirdiyi valyuta hərracında banklara $68,9 milyon satıb.
Fevralın 29-da keçirilən hərracda banklara $80 milyon məbləğində xarici valyuta satılmışdı.
“Martın 5-də keçirilən hərracda tələb $68,9 milyon təşkil edib və tam təmin edilib. Hərracda manatın ortaçəkili məzənnəsi 1,7 manat səviyyəsində formalaşıb”, - deyə AMB-dən “İnterfaks-Azərbaycan” agentliyinə bildirilib.
AMB 2017-ci il yanvarın 12-dən etibarən yeni formatda hərrac mexanizminin tətbiqinə başlayıb.
Hərrac valyutanın rəqabət şəraitində birtərəfli satışı formasında keçirilir.*
X.Nəsirzadə