“Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxs Ağdərə rayonu, Talış kəndində 2-ci faza üzrə söküntü, şaquli planlaşdırma və 158 ədəd (10 ədədi bərpa, 148 ədədi yeni tikili olmaqla) fərdi yaşayış evinin tikintisi işlərinin satın alınması üzrə açıq tender elan edib.
Tenderdə iştirak haqqı 5156,47 manatdır.
Tender təklifləri 2 aprel saat 16:00-dək qəbul olunur. Tender proseduru 2 aprel saat 16:00-da baş tutacaq.
Əlaqələndirici şəxs: Zabil Vəliyev; email: z.valiyev@qbti.gov.az; telefon: (+99412) 526-47-90.*
X.Nəsirzadə