Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov Qətər Dövlətinə işgüzar səfəri çərçivəsində Qətər Maliyyə Bazarları Təşkilatının rəhbəri Tami Əhməd Əli Əl Boutami Əl Binəli ilə görüşüb.
“Görüş zamanı Qətərin qiymətli kağızlar bazarının inkişafı və xarici investorlar üçün yaradılmış imkanlar müzakirə edilib. Həmçinin hər iki ölkənin nəzarət qurumları və qiymətli kağızlar bazarının iştirakçıları arasında əməkdaşlıq perspektivləri barədə əhatəli fikir mübadiləsi aparılıb”, - deyə AMB-nin sosial şəbəkə hesablarında məlumat verilib.*
X.Nəsirzadə