Azərbaycan Respublikasının müdafiə nazirinin müavini - baş direktor Aqil Qurbanov və Türkiyə Respublikasının Müdafiə Sənayesi Komitəsinin sədri Haluk Görgün Qətərdə keçirilən görüşdə hərbi-texniki sahədə əməkdaşlıq məsələlərini müzakirə ediblər.
Görüş 8-ci Doha Beynəlxalq Dəniz Müdafiə sərgisi və konfransı (DIMDEX 2024) çərçivəsində baş tutub.
“Görüşdə iki qardaş ölkə arasında hərbi-texniki sahədə mövcud əməkdaşlığın daha da inkişaf etdirilməsinin vacibliyi vurğulanıb, birgə istehsalat və yeni layihələr üzərində ətraflı fikir mübadiləsi aparılıb”, - deyə Müdafiə Nazirliyindən bildirilib.*
R.Kərimov