Azərbaycan Respublikasının müdafiə nazirinin müavini - baş direktor Aqil Qurbanov və Qətər Dövlətinin baş nazirinin müavini və müdafiə işləri üzrə dövlət naziri Xalid bin Məhəmməd əl Attiyah Qətərdə keçirilən görüşdə hərbi əməkdaşlığın perspektivlərini müzakirə ediblər. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Görüş 8-ci Doha Beynəlxalq Dəniz Müdafiə sərgisi və konfransı (“DIMDEX 2024”) çərçivəsində keçirilib.
Görüşdə ölkələrimiz arasında hərbi, hərbi-texniki sahələrdə əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.*
R.Kərimov