Azərbaycan və Rusiya dövlət sərhədindən keçid məntəqələrinin inkişafına dair tədbirlər planını təsdiq edib. Bu barədə Rusiya hökumətinin mətbuat xidmətindən məlumat verilib.
Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustinin iştirakı ilə Azərbaycan-Rusiya danışıqlarının yekunları üzrə tərəflər həmçinin “Samur” – “Yaraq-Qazmalar” buraxılış məntəqələri ərazisində Samur çayı üzərindən avtomobil körpüsünün istismarı və ona xidmət göstərilməsi qaydası haqqında saziş imzalayıblar.
Bundan başqa, Rusiya və Azərbaycan turizmin inkişafı və 2024-2026-cı illərdə mədəniyyət sahəsində əməkdaşlığa dair yol xəritələrini təsdiq edib.*