ABŞ prezidenti Co Bayden Ukraynada müharibənin əvvəlindən bu ölkəyə qoşun göndərməyəcəyini bildirib. Bunu Ağ Evin müşaviri Con Kirbi deyib.
“Prezident lap əvvəldən amerikalı hərbçilərin Ukraynada döyüşməyəcəyini bildirib”, - deyə o, bu gün Vaşinqtonda keçirdiyi brifinqdə söyləyib.
Kirbi vurğulayıb ki, Ukrayna tərəfi heç vaxt ABŞ-dan belə bir yardım istəməyib.
Onun sözlərinə görə, ABŞ-ın prioriteti Kiyevin silahla təchizatını davam etdirməkdir.*