Azərbaycan Mərkəzi Bankı (AMB) martın 6-na manatın dollara qarşı rəsmi məzənnəsini 1,7 manat/$1 səviyyəsində saxlayıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə AMB-dən məlumat verilib.
Martın 6-na manatın avroya nisbətən rəsmi məzənnəsi 1.8448 manat/1EUR səviyyəsində (martın 5-nə 1.8446 manat/1EUR) müəyyən edilib.
AMB martın 6-na manatın rus rubluna nisbətən rəsmi məzənnəsini 0.0187 manat/1RUB səviyyəsində (martın 5-nə 0.0186 manat/1RUB) müəyyən edib.
AMB martın 6-na manatın türk lirəsinə nisbətən rəsmi məzənnəsini 0.0536 manat/1TRY səviyyəsində (martın 5-nə 0.0538 manat/1TRY) müəyyən edib.**
X.Nəsirzadə